Prezident İlham Əliyev: Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər

Prezident İlham Əliyev: Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər Ermənilər şüurlu şəkildə bizim təbiətimizə də qəsd ediblər. İndi Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər.
Bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, onlarla həmrəy olan, əlbir olan bəzi aparıcı Avropa şirkətləri də bu cinayəti törədiblər. Biz indi hüquqi prosedurlara başlamışıq. Qanunsuz istismar edilən bizim qızıl yataqlarımız təkcə sərvətimizin talanması deyil, eyni zamanda, o hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim bunu edib? Ermənilər! Bizim meşə fondumuz məhv edilib. Statistika var. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi, 230 min hektar. Müharibədən sonra mən tapşırıq verdim, bizim peykimiz “Azersky”, - onlar görüntüləri mənə təqdim ediblər. Artıq o görüntülərdən görünür ki, 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, yəni, kəsilib, satılıb”.

Tehsil-press.az


Oxşar xəbərlər