Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.
Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.
Bildirildi ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.
Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirildi.
X X X
Sonra prezidentlər və ailə üzvləri avtobusla Cıdır düzünə yola düşdülər.
Prezident İlham Əliyev: Bu, “Qarabağ” otelidir. Bu da atamın dövründə tikilmişdi. Ermənilər ancaq onun iki mərtəbəsindən istifadə edirdilər.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bəs, digər mərtəbələr?
Prezident İlham Əliyev: Bərbad durumda idi.
Prezident Rəcəb Tayyib Ərdoğan: İndi bərpa olunur?
Prezident İlham Əliyev: Bəli, bərpa işləri başlayıb. Üç-dörd aya başa çatdırılacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bu binada, hava limanında işlər başa çatandan sonra buraya turistlər də gəlməyə başlayacaq.
Prezident İlham Əliyev: Siz qaldığınız da işləmirdi.
Bilal Ərdoğan: O da var idi?
Prezident İlham Əliyev: Sovetlər dönəmində o da var idi. Bu, yaşayış yeridir. Bu, müharibədən qalan yerlərdir. Bu isə Gövhərağa məscididir. Bunu da biz təmir etmişik.
Prezident Rəcəb Tayyib Ərdoğan: İndi istifadə edilirmi?
Prezident İlham Əliyev: Bəli. Keçən dəfə biz Mehribanla gəlib burada dualar etdik. Burada bir məscid yarıdağılmış vəziyyətdə idi. Bu da bulaqdır.
Əminə Ərdoğan: Burada nə qədər bulaq var imiş?
Prezident İlham Əliyev: Burada 17 bulaq var. Çünki Şuşada 17 məhəllə olub, 17 məscid olub, 17 bulaq olub. Ermənilər bizim binalarımızı bax, bu vəziyyətə salıblar.
Bilal Ərdoğan: Yəni, səfalət içində yaşayırdılar?
Prezident İlham Əliyev: Bəli, səfalət içində yaşayırdılar. Bu binaların hamısı sovetlər dönəmindən qalanlardır. Baxın, bunlar müharibənin izləridir. Burada küçə döyüşləri gedirdi. Buralar hamısı belə dağılmış vəziyyətdir.
Prezident Rəcəb Tayyib Ərdoğan: Xarıbülbül.
Prezident İlham Əliyev: Xarıbülbül bu gülün, çiçəyin adıdır.
Bilal Ərdoğan: Sadəcə, burada bitir?
Prezident İlham Əliyev: Bəli, biz onu orada göstərəcəyik. O da Vaqifin məqbərəsidir. Qarabağ xanının vəziri olub.
Prezident Rəcəb Tayyib Ərdoğan: Yeni inşa edilib?
Prezident İlham Əliyev: Onu mənim atam tikdirmişdi. Ermənilər sökdülər. Biz indi bərpa edirik. Bir aya hazır olacaq. Molla Pənah Vaqif İbrahimxəlil xanın vəziri, eyni zamanda, çox məşhur şair olub. 1982-ci ildə mənim atam onun məzarı üstündə bax, bu məqbərəni inşa etdirmişdi. Ermənilər də onu sökmüşdülər.
İndi biz Şuşanın tarixi bir yerinə - Cıdır düzünə gedirik.
Tehsil-press.az