UNEC-də MBA proqramına 29 ixtisas üzrə qəbul aparılır

UNEC-də MBA proqramına 29 ixtisas üzrə qəbul aparılır Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinın MBA proqramı 2022-2023-cü tədris ili üzrə əmək bazarında ən çox tələb olunan 29 ixtisas üzrə qəbul elan edir.
MBA proqramı üzrə təhsil 2 ildir. Proqrama qəbul olanlar könüllülük əsasında dissertasiya işi yazıb doktoranturaya sənəd verə bilərlər. Dissertasiya işi yazanlar 8 əsas fənn və əlavə olaraq 4 seçmə fənn dinləməlidirlər. Dissertasiya işi yazmayanlar isə 8 əsas fənn və 8 seçmə fənn dinləməlidirlər.
Təhsil ödənişlidir, proqrama qəbul olan tələbələr təhsil haqqını hissə-hissə ödəyə biləcək. İmtiyazlı tələbələr (məcburi köçkünlər, şəhid ailələri və s.) isə təhsil haqqından azaddırlar.
UNEC Biznes Məktəbində təhsil alan magistrlər dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom və mübadilə proqramından faydalana bilərlər. UNEC ABŞ, İsveçrə, Fransa və Litvanın universitetləri ilə ikili diplom proqramı reallaşdırır. Proqramı uğurla bitirən tələbələr məzun olduqda iki diplom əldə edəcəklər.
Dərslər həftədə 2 dəfə olmaqla saat 18:40-da başlayır və 21:40-da bitir.

Tehsil-press.az

Oxşar xəbərlər