Sutka ərzində dünyada koronavirusdan 12 mindən çox ölüm faktı qeydə alınıb

Sutka ərzində dünyada koronavirusdan 12 mindən çox ölüm faktı qeydə alınıb Son sutka ərzində dünyada koronavirusdan 12,5 mindən çox ölüm faktı qeydə alınıb.
Bu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı məlumatda əks olunub.
Qeyd olunan rəqəmlər 2021-ci ilin iyulundan etibarən ən yüksək göstəricidir. O zaman sutka ərzində 20 111 nəfər xəstəlik səbəbindən vəfat etmişdir.
Son sutkada ÜST 383 509 779 yoluxma və 5 690 824 ölüm barədə məlumat alıb. Virusa yoluxanların sayı 3 milyon 15 min 863 nəfər, ölənlərin sayı isə 12 min 513 nəfər artıb.
ÜST-nin statistikası yalnız ölkələrin rəsmi təsdiqlənmiş məlumatlarını nəzərə alır. Hazırda ən yüksək göstəricilər ABŞ-da müşahidə olunur. Bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 74 787 329, ölənlərin sayı isə 884 477 nəfər təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər