Ukrayna Dumanın qərarı ilə bağlı BMT-yə müraciət etdi

Ukrayna Dumanın qərarı ilə bağlı BMT-yə müraciət etdi Rəsmi Kiyev Rusiya Dövlət Dumasının separatçı Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı qərarını müzakirə etmək təklifi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində bildirib.
“Ukrayna Rusiya Federasiyası Dövlət Dumasının Minsk razılaşmalarına və sülh nizamlanması prosesinə xələl gətirən L/DPR-nin tanınması ilə bağlı qətnaməsinin müzakirəsi təşəbbüsü ilə rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına müraciət edib. Bunu fevralın 17-də Minsk razılaşmalarının həyata keçirilməsinə dair görüşdə nəzərdən keçirməyə çağırırıq”, - deyə Kuleba bildirib.
Xatırladaq ki, Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı ölkə Prezidenti Vladimir Putinə müraciəti qəbul edib.
Sözügedən müraciət layihəsi ölkənin Kommunist partiyası tərəfindən təklif edilib.

Tehsil-press.az



Oxşar xəbərlər