ABŞ Putinin Krıma səfərinə reaksiya verdi

ABŞ Putinin Krıma səfərinə reaksiya verdi ABŞ-ın Ukraynadakı səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinin Rusiya prezidenti Vladimir Putinin Krıma səfəri ilə bağlı mövqeyini dəstəkləyir.
Bu haqda diplomatik missiyanın tvitter səhifəsində deyilir.
Diplomatlar qeyd ediblər ki, Rusiya hakimiyyətinin yarımadaya səfəri Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozur.
“Biz Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşı çıxırıq”, - açıqlamada deyilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Krıma səfər edib. Artıq növbəti gün Kiyev səfərə görə öz etirazını ifadə edib. Moskva isə etirazı Rusiyanın “daxili işlərinə müdaxilə” adlandırıb.
Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin əvvəlində Rusiya tərəfindən ilhaq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər