Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına qəbul olunması üçün müraciəti imzalayıb.
Ukrayna Prezidenti müvafiq sənədə bu gün imza atıb. Prezidentin mətbuat katibi Sergey Nikiforov onu tarixi sənəd adandırıb.
Bundan əvvəl Zelenski demişdi ki, Ukrayna Avropa İttifaqına üzv olmaq hüququna malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə onun sözlərini şərh edərək belə demişdi: Aİ-yə daxil olmaq dərin transformasiya prosesləri tələb edir və bunu bir neçə ay ərzində həyata keçirmək mümkün deyil.
Tehsil-press.az