Zelenski ukraynalıları rus qoşunlarını ölkədən qovmağa çağırdı

Zelenski ukraynalıları rus qoşunlarını ölkədən qovmağa çağırdı “Ukraynanın işğalı müvəqqətidir, ona görə də Rusiya hərbçilərini ölkədən qovmaq lazımdır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O, rus hərbçilərin daxil olduğu bütün şəhərlərdə ukraynalıları hücuma keçməyə çağırıb.
"Küçələrə çıxmaq lazımdır. Mübarizə aparmalıyıq! Fürsət olan kimi mübarizə aparmaq lazımdır. Xersonda olduğu kimi. Berdyanskda olduğu kimi. Melitopolda olduğu kimi. Konotopda olduğu kimi. Çölə çıxıb bu şər qüvvələri şəhərlərimizdən qovmalıyıq”, - Zelenski deyib.

Tehsil-press.az


Oxşar xəbərlər