Emin Əmrullayev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan bölgələrin təhsil işçiləri ilə görüşüb

Emin Əmrullayev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan bölgələrin təhsil işçiləri ilə görüşüb Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə təhsil işçiləri ilə görüşüb. Görüşdə qeyd olunan şəhər və rayonlar üzrə yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili və digər məsələlərin müzakirəsi olub.
Görüşdə təhsil işçilərinin təklifləri dinlənilib və suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər