Təhsil naziri brifinq keçirib

Təhsil naziri brifinq keçirib Prezident İlham Əliyevin təhsil sahəsinə dair 20 dekabr 2021-ci tarixli müvafiq sərəncamları ilə bağlı təhsil naziri Emin Əmrullayevin brifinqi keçirilib.
Brifinqdə Emin Əmrullayev təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil pilləsinin müstəsna rol oynadığını qeyd edib. Nazir vurğulayıb ki, Azərbaycanda son illərdə bu təhsil pilləsi üzrə ciddi uğurlar əldə olunub. Məktəbəqədər təhsil formasının əhatəliliyinin artırılması istiqamətində mühüm işlər görülüb.
Məktəbəqədər təhsil istiqamətində qarşıda duran hədəflərə toxunan Emin Əmrullayev bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin səmərəliliyinin artırılması, uşaqların bu müəssisələrdə düzgün təlim-tərbiyə prosesinə cəlbi və qayğı ilə əhatə olunması vacib komponentlərdən biridir.
Daha sonra regional təhsil idarələrinin yaradılması ilə bağlı Sərəncamdan danışan təhsil naziri media nümayəndələrinin diqqətinə çatdırıb ki, regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil. Nazirin sözlərinə görə, Sərəncama əsasən, hər rayonda təhsili idarə edən qurumlar olacaq və onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılmasına, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər