Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil işçiləri ilə görüş

Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil işçiləri ilə görüş Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə hesabatı dinlənilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Hesabat tədbirində çıxış edən Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində görülən işlərdən, prioritet fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, təhsilin məzmununun yenilənməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də kadr hazırlığı və digər istiqamətlərdə aparılan islahatlar nəticəsində ölkəmizdə təhsilin keyfiyyəti xeyli yüksəlib, ali təhsilə əlçatanlığı üçün geniş imkanlar yaradılıb.
Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələri müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib.
Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər