Böyük Britaniyanın Baş naziri ilə Çin Xalq Respublikasının Sədri arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri ilə Çin Xalq Respublikasının Sədri arasında telefon danışığı olub Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.
Sədr Si Cinpin iki ölkə arasında səfirlər səviyyəsində diplomatik münasibətlərin qurulmasının 50-ci ildönümündən məmnunluğunu ifadə edib.
Əlli il əvvəl 300 milyon dollar həcmində olan ikitərəfli ticarətin bu gün 100 milyard dollar təşkil etdiyinə diqqət çəkən Si Cinpin qarşılıqlı investisiyaların 50 milyard dollara çatdığını, 2021-ci ildə Çinin Britaniyadakı sərmayələrinin üç dəfə artdığını bildirib.
Si Cinpin Britaniya şirkətlərinin Çində islahatlar və açılış prosesində fəal rol oynadığını, Londonun xaricdə Çin yuanı ilə əməliyyatların ən sıx olduğu mərkəzə çevrildiyini vurğulayıb.
Boris Conson Böyük Britaniya ilə Çin arasında ticarətin sürətli inkişafının və Krallıqda digər Avropa ölkələrindən daha çox çinli tələbənin təhsil almasının sevindirici hal olduğunu bildirib. Baş nazir iki ölkənin ortaq maraqlarının və birlikdə hərəkət edə biləcəyi bir çox məsələnin olmasına diqqət çəkərək, rəsmi Londonun Pekin ilə dialoq və tərəfdaşlığı inkişaf etdirməyi, eləcə də qlobal miqyasda əməkdaşlığı genişləndirməyi hədəflədiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər