Çinin Sinxua informasiya agentliyi azərbaycanlı çinşünas alim, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin icraçı katibi Rafiq Abbasovun “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub” sərlövhəli müsahibəsini dərc edib.
R.Abbasov 1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər yaradıldığı andan bu münasibətlər möhkəm təmələ əsaslanır, qarşılıqlı maraqlar və mənfəət nəzərə alınmaqla uğurla inkişaf edir.
Alimin sözlərinə görə, ikitərəfli münasibətləri inkişaf etdirmək niyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı zamanı bir daha təsdiqlənib.
Azərbaycan dövlətinin başçısı telefon söhbətində haqlı olaraq qeyd edib ki, Azərbaycanla Çin arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq uğurla davam edir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsini alqışlayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Çin ilə əlaqələri daha da möhkəmlətməyə hazırdır.
R.Abbasov qeyd edib ki, son illərdə tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq yeni impuls alıb. Bu, ilk növbədə, Çinin Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılmasına, habelə İpək Yolu boyunca yerləşən ölkələr arasında humanitar mübadilənin, siyasi ünsiyyətin və mədəniyyətlərarası dialoqun təmin edilməsinə yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı ilə bağlıdır.
Sədr Si Cinpin telefon danışığı zamanı Çin şirkətlərinin Azərbaycana sərmayə qoyuluşunun bundan sonra da təşviq edilməsinə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Çin lideri vurğulayıb ki, onun ölkəsi Azərbaycandan yüksəkkeyfiyyətli məhsullar idxal etmək niyyətindədir.
R.Abbasov qeyd edib ki, dövlət başçıları telefon söhbəti zamanı hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı dəstəklədiklərini bir daha vurğulayıblar.
Alim sonda qeyd edib ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında siyasi əməkdaşlıq və partiyalararası dialoq uğurla inkişaf edir. Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin Çinə səfəri zamanı əsası qoyulan yüksək səviyyədə Azərbaycan-Çin siyasi dialoqu hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir.
Tehsil-press.az