Araz Paşayev: Yaz semestri üzrə kredit almaq üçün müraciətlərin qəbulu imtahan sessiyası başlananda yekunlaşacaq

Araz Paşayev: Yaz semestri üzrə kredit almaq üçün müraciətlərin qəbulu imtahan sessiyası başlananda yekunlaşacaq 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu yaz semestrinin imtahan sessiyası başlananda yekunlaşacaq.
Bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna fevralın 16-dan start verilib.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər