Noyabrın 29-30-da Almaniyanın paytaxtında 15-ci Berlin Təhlükəsizlik Konfransı keçirilib.
Azərbaycan Respublikasını konfransda daxili işlər naziri Ramin Usubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın işində Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, konfransda Avropa Parlamenti, Avropa Xarici Fəaliyyət Xidmətinin təmsilçiləri, eləcə də Almaniya, Fransa və Avropanın bir sıra digər ölkələrinin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan qurumlarının rəhbər işçiləri, müdafiə sənayesi müəssisələrinin nümayəndələri, Berlində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib.
Tədbir zamanı Avropa İttifaqı qarşısında duran təhlükəsizlik çağırışlarına birgə cavabın verilməsi, xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhlükəsizlik və müdafiə məsələlərinin tənzimlənməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi qeyd olunub. Avropa İttifaqının vahid təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsindən bəhs olunub, təhlükəsizliyin təmin edilməsi və bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizənin, habelə digər sahələrdə birgə əməkdaşlığın daha da gücləndirilməsinin labüd olduğu vurğulanıb. Eyni zamanda Avropa İttifaqı Şurasının dekabr ayında nəzərdə tutulmuş iclası ərəfəsində Almaniya-Fransa, habelə NATO ilə Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində daha səmərəli əməkdaşlıq məsələsi geniş müzakirə mövzusu olub.
Tehsil-press.az