Avropa İttifaqı (Aİ) təşkilata üzvlüklə bağlı Gürcüstanın müraciətini cavablandırıb. Quruma üzvlüklə bağlı sorğu vərəqi artıq Gürcüstana təqdim olunub.
Sənədi Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Lüksemburqda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə təqdim edib. Sorğu vərəqəsi Gürcüstanla yanaşı, Moldovaya da verilib. İlya Darçiaşvili Aİ tərəfindən sənədin təqdim olunmasını yüksək qiymətləndirib. O, özünün tviter hesabında yazıb: “Sorğu vərəqəsini əldə etməklə biz xalqımızın milli seçimi - Avropa İttifaqına inteqrasiya yolunda irəliyə daha bir böyük addım atdıq. Gürcüstan sənədi vaxtında doldurmaq və növbəti mərhələlərə keçmək üçün səylərini əsirgəməyəcək”.
Tehsil-press.az