Aİ-nin komissarı Yohannes Han Bakıya səfər edəcək

Aİ-nin komissarı Yohannes Han Bakıya səfər edəcək Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək.
Təhsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.
E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:
“Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.

Təhsil-press.az

Oxşar xəbərlər