Təhsil İnstitutunun (ARTİ) əməkdaşları Azərbaycan Texniki Universitetinin (AzTU) IV kurs tələbələrinə “SABAH Magistratura” proqramı ilə əlaqədar infosessiya keçirib.
Rektorun elmi-məsələlər üzrə müşaviri Fariz Məmmədov proqram haqqında məlumat verib. O, proqramın icra olunmasında fərqli yanaşma tətbiq edilməsini və tədrisin təşkili prosesinin ARTİ-yə həvalə olunduğunu vurğulayıb.
ARTİ-nin əməkdaşı Gülnar Tahirli “SABAH Magistratura” layihəsi haqqında çıxış edərək proqramda yer alan universitetlər, ixtisaslaşmalar barədə tələbələri məlumatlandırıb. O, layihənin əsas məqsədinin müasir əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılması, savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssislərin yetişdirilməsi olduğunu bildirib.
AzTU-nun “SABAH Magistratura” proqramı çərçivəsində mövcud olan logistika və nəqliyyat ixtisaslaşmasının üstünlüklərindən bəhs edən ARTİ əməkdaşı Aytən Məhərrəmova tələbələrə bu ixtisasda təhsil alaraq müxtəlif peşə kompetensiyalarına yiyələnmək imkanı əldə edə biləcəklərindən danışıb. Belə ki, tələbələr xammal və kommersiya məhsullarının satınalma və təchizat prosesini təşkil etməyi öyrənəcək, beynəlxalq ticarət yollarına, həmçinin Azərbaycanın logistika obyektlərinə bələd olacaq, məhsulların daşınması üçün nəqliyyat sistemlərinin qurulması və idarə edilməsi prosesi ilə yaxından tanış olacaqlar.
ARTİ əməkdaşı Aysel Məhərrəmova isə “SABAH Magistratura” proqramı çərçivəsində tələbələrlə dərsdənkənar fəaliyyətin təşkili barədə danışıb. Qeyd edib ki, dərsdənkənar fəaliyyət 4 kateqoriyaya bölünür: “British Council” ilə təşkil edilən ödənişsiz ingilis dili dərsləri, müxtəlif müəssisələrlə fərqli mövzularda keçirilən intensiv təlimlər, sənayedə çalışan yüksəkixtisaslı mütəxəssislərlə keçirilən onlayn və ya canlı görüşlər, tələbələrin ixtisasına uyğun əməkdaşlıq edilən müəssisələrə ekskursiyalar.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az