BDU-da tələbələr “SABAH” magistratura proqramı barədə məlumatlandırılıb

BDU-da tələbələr “SABAH” magistratura proqramı barədə məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) “SABAH” magistratura proqramı çərçivəsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin IV kurs tələbələri ilə görüş olub.
Görüşdə “SABAH” magistratura layihəsinin BDU üzrə əlaqələndiricisi, universitetin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri professor Ələkbər Əliyev cəmiyyətin inkişafında gənclərin rolunu qeyd edərək, ixtisaslı kadrların formalaşması sahəsində magistratura təhsilinin əhəmiyyətini vurğulayıb.
Sonra Təhsil İnstitutunun əməkdaşı Gülnar Tahirli “SABAH” magistratura proqramında yer alan universitetlər, ixtisaslaşmalar və proqramın üstünlükləri barədə tələbələri məlumatlandırıb. “SABAH” magistratura proqramının əsas məqsədinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması olduğu bildirilib.
“SABAH” magistratura proqramının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə məsul məsləhətçisi İqbal Sadiqli ixtisaslaşma üzrə tədris olunan fənlər, dərslərin və əlavə tədbirlərin təşkili haqqında məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər