Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” proqramının təqdimatı olub

Azərbaycan Texniki Universitetində “SABAH Magistratura” proqramının təqdimatı olub Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramı çərçivəsində yaradılmış “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə tədris proqramının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev xatırladıb ki, iyun-iyul aylarında AzTU-da “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə “SABAH Magistratura” proqramı çərçivəsində tədrisin təşkili və digər aidiyyəti işləri icra edəcək təşkilatın seçilməsi məqsədilə qrant müsabiqəsi elan olunub. Qrant müsabiqəsinin qalibi Azərbaycan Respublikasının Təhsil İnstitutu seçilib. Proqram çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşması nəzərdə tutulub.
Daha sonra Təhsil İnstitutunun əməkdaşı Səbinə Babayeva “SABAH Magistratura” proqramının məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər