Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service, ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı aprelin 14-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə (çap edilərək imzalanmış halda gətirilməlidir).
İmtahan saat 09:00-da başlanır.
COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin ediləcək.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər