ADPU-da maliyyə savadlılığı ilə bağlı seminarlar keçirilir

ADPU-da maliyyə savadlılığı ilə bağlı seminarlar keçirilir Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin maliyyə savadlılığının artırılması məqsədilə Mərkəzi Bankın mütəxəssisləri və Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri tərəfindən seminarlar təşkil olunur.
Seminarlarda müəllimlər üçün hazırlanmış “Əmanətlərin sığortalanması”, “Vətəndaşlar üçün sığorta”, “İzafi borclanma”, “Zaminlik” və “Neyromarketinq” proqramları üzrə lazımi biliklər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, proqram və seminarlar Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4-cü bəndinin (Maarifləndirmə və təbliğat-təşviqat tədbirinin) icrası çərçivəsində həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər