İyulun 29-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a daxil olan məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.
Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın – “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.
Maliyyə Nazirliyinin kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.
Tehsil-press.az