Gürcüstan parlamenti uzun sürən müzakirələrdən sonra “Konstitusiya məhkəməsi” haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Bu dəyişikliklərdən sonra Gürcüstanda dövlət başçısının (prezident), hökumətin, Baş Prokurorluğun fəaliyyəti və ya fəaliyyətsizliyindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq.
Bundan başqa, Parlament, Ali Ədliyyə Şurası, Milli Bankın Şurası, Xalq müdafiəçisi, Baş auditor, Acarıstan Muxtar Respublikanın Ali Şurası da məhkəmədə iddia qaldıra biləcək.
Qanun layihəsi 83 səs lehinə, 6 səs əleyhinə olmaqla qəbul edilib.
Qeyd edək ki, qanunvericiliyə dəyişikliklərin edilməsini hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası irəli sürmüşdü.
Tehsil-press.az