Biz 2012-ci ildə ilk dəfə IX sinfin və XI sinfin buraxılış imtahanlarını keçirdik. Bizim 10 illik bazamız, təcrübəmiz və statistik təhlillərimiz var. Əsas kompetensiyalar şagirdlərdə IX sinfə qədər formalaşır, sonra isə zənginləşir. Əgər onlar IX sinfə qədər oxumayıblarsa, xüsusən, riyaziyyat fənnindən, onların XI sinif imtahanında nəticələri yaxşı olmayacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda sualları cavablandırarkən söyləyib.
Tehsil-press.az
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda sualları cavablandırarkən söyləyib.
Tehsil-press.az