Hindistanın ölkəmizdəki səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan olduğu kimi” layihəsi çərçivəsində seminar təşkil edib.
Tədbirin açılışında ADU-nun prorektoru Jalə Qəribova, Hindistan səfirliyinin ikinci katibi Ajay Kumar Pandey və Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva çıxış ediblər.
Seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub. ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar haqqında danışıb, Ramil Əliyev isə iştirakçılara karmanı izah edib.
Səidə Mirzəyeva, həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib. Tədbirdə bir neçə hind və Azərbaycan rəqsi də ifa olunub.
Sessiyanın sonunda Hindistanın Azərbaycandakı səfirliyi minnətdarlıq əlaməti olaraq iştirakçılara sertifikatlar təqdim edib.
Tehsil-press.az