Azərbaycan Dillər Universitetində (ADU) Hindi dili və mədəniyyəti mərkəzinin təşəbbüsü ilə “Hind ədəbiyyatının Şərq ədəbiyyatına təsiri” mövzusunda seminar keçirilib.
Seminarda Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli “Hind ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, zəngin hind ədəbiyyatının izlərini Azərbaycan ədəbiyyatında da görmək mümkündür. Məsələn, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Bozorq Ümidin Xosrova “Kəlilə və Dimnə”dən qırx nəsihət verməsi buna bariz nümunədir. Bundan əlavə, XVI əsr Azərbaycan şairi Fədai Təbrizi “Bəxtiyarnamə” əsərini “Sindibadnamə” adlı hind əhvalatlarının təsiri ilə yaradıb. Qasım bəy Zakir də “Sindibadnamə” nağıllarının təsiri altında “İlan, dəvə və tısbağa” təmsilini yazıb.
Hind yazıçısı Ziyaəddin Nəxşəbinin “Tutinamə” əsərinin mövzusunda Möhsün Nəsiri “Lisanüt-teyr” əsərini yaradıb. Onun əldə olan bu yeganə əsəri Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sifarişi ilə qələmə alınıb.

ADU-nun Mətbuat Xidməti