UNEC-də “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda məruzə dinlənilib

UNEC-də “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda məruzə dinlənilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində professor Məmmədhəsən Meybullayevin xatirəsinə həsr olunmuş panel müzakirə keçirilib.
Tədbirdən öncə professor Məmmədhəsən Meybullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzakirədə giriş nitqi ilə çıxış edən Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov İslam iqtisadiyyatının əxlaqi normalarından, eləcə də inkişaf yolundan bəhs edərək, bu istiqamətdə professor M.Meybullayevin apardığı tədqiqat işlərindən söz açıb.
Panel müzakirədə “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Əlislam Qasımov çıxış edərək, İslam iqtisadiyyatında sosial-iqtisadi, mədəni-əxlaqi və biznes etikası məsələsinə toxunub və bu amillərin insanların həyat tərzinin tənzimlənməsindəki rolundan danışıb.
Mövzu ətrafında İlahiyyat İnstitutunun kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Niyazov, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı iqtisad üzrə fəlsəfə doktoru Əfqan Musayev, “Muğanbank” Həyat filialının direktoru iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Aslanov, “Unikapital İnvestment Company”nin direktoru Vüqar Namazov, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə, Biznesin idarə edilməsi kafedrasının müdiri dosent Məhəmməd Əliyev çıxış ediblər.
Sonra dosent Sərvinaz Xanlarzadə atası professor Məmmədhəsən Meybullayevin həyat yolu və elmi-pedaqoji fəaliyyətindən danışıb, alimin əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər