Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin İqtisadiyyat (rus dilində) kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Sevda Məmmədova Həştərxan Dövlət Universiteti və Karaqanda Sənaye Universitetinin professor-müəllim və tələbə heyətinə biznesin əsasları fənni üzrə “Daxili və xarici biznes mühiti” mövzusunda mühazirə keçib.
UNEC ilə Həştərxan Dövlət Universiteti arasında elmi-pedaqoji əməkdaşlıq çərçivəsində keçirilən mühazirədə S.Məmmədova xarici və daxili biznes mühiti amilləri, onların təsnifatı, əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Maraqla qarşılanan mühazirədə tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, S.Məmmədova yerli və xarici jurnallarda dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, bir dərs vəsaiti və 54 elmi məqalənin müəllifidir.
Tehsil-press.az