Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbi, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və İslam maliyyə mərkəzinin təşkilatçılığı ilə “İslam iqtisadiyyatında moda industriyası: nüfuzlu dizayn məktəblərində İslam moda trendləri” mövzunda tədbir keçirilib.
Tədbirdə UNEC İslam maliyyə mərkəzinin rəhbəri professor Zahid Məmmədov mövzunun aktuallığına diqqət çəkərək geyim dəbinin iqtisadi inkişafa təsirindən danışıb.
UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova isə qadın geyimlərinin üslubundan və özünəməxsus tərzindən söz açıb. O, geyimlərin funksionallığı, məkana görə üslublarının seçilməsi barədə iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Səbirə Dünyamalıyeva isə “İslama görə geyim və libas” mövzusunda çıxış edib. O, hər bir xalqın geyim tərzinə tolerant yanaşmağın önəmini vurğulayıb və İslam dinində qadının geyim tərzinin ən vacib elementlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbir Dizayn kafedrasının müəllimi Nərminə Namazovanın “Moda industriyasında İslam ənənələri”, Ülkər Bayramovanın “Müasir modada tendensiya və üslublar” mövzularında məruzələri və UNEC İslam maliyyə mərkəzinin tədqiqatçısı Əfqan Musayevin İslam dünyasında kişi libaslarının xüsusiyyətləri və nümunələri barədə təqdimatı ilə davam edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə məruzəçilər sonda sualları cavablandırıblar.
Tehsil-press.az