Şərqşünaslıq İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

Şərqşünaslıq İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 4 əməkdaşı oktyabrın 21-22-də Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin keçirdiyi “Birlikdə yaşama baxımından İslam dini” mövzusunda beynəlxalq elmi simpoziumda distant şəkildə iştirak edib.
Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı konfransın “İnsan və cəmiyyət” bölməsində “Milli və dini kimliyin qorunması baxımından Azərbaycanda birlikdə yaşama təcrübəsi və imkanı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan milli mədəniyyətinin, kimliyinin qorunması və inkişaf imkanları barədə öz fikirlərini bölüşüb. Demokratik, dünyəvi, sosial hüquq dövləti quruculuğu yolunu seçmiş Azərbaycanda mövcud etnik və dini qrupların, o cümlədən ölkə əhalisinin əksəriyyətini təşkil edən İslam dini mənsublarının əmin-amanlıq şəraitində birgəyaşayış təcrübəsindən bəhs edib, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırıb.
İnstitutun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “Ərəb xalq ədəbiyyatında “Peyğəmbərlik” anlayışı”, böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “İslam dinində ədəbiyyatın estetik mənbəyi”,
aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov “Nasslara bağlılıq anlamında təsəvvüf” mövzusunda məruzə edib.

Tehsil-press.az


Oxşar xəbərlər