Texniki Universitetdə 30 ixtisas üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır

Texniki Universitetdə 30 ixtisas üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılıb.
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.
Bu ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.
Namizədlər ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər