UNEC təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib

UNEC təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2020/2021-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.
Sənəd qəbulu “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Statistika”,“Menecment”, “Dövlət və bələdiyyə idarəetməsi”, “İnformasiya texnologiyaları”, “Sistem mühəndisliyi”, “Biznesin idarə edilməsi”, “Sənayenin təşkili və idarə olunması”, “Marketinq”, “Ekologiya”, “Kommersiya”, “İstehlak mallarının ekspertizası və marketinqi”, “Qida məhsulları mühəndisliyi”, “Dizayn”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasları üzrə aparılır.
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada kabinet.unec.edu.az internet linki vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir. Sənədlərin qəbulu cari ilin iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Tehsil-press.az




Oxşar xəbərlər