UNEC-də təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb

UNEC-də təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılıb.
İqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə həyata keçirilir.
Qəbul olmaq istəyənlər tələb olunan sənədləri yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər