Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 10 minədək şagird iştirak edib

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 10 minədək şagird iştirak edib Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) aprelin 24-də 84 mərkəzdə 10 minə yaxın şagirdin iştirakı ilə keçirilib. Şagirdlər nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetlərindən öyrənə bilərlər.
Təhsil İnstitutu tədbirin ölkəmizdə keçirilməsi üçün bu müsabiqə üzrə fəaliyyət göstərən Beynəlxalq Komitədən razılıq əldə edib. Müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər