Təhsil nazirinin əmrinə əsasən, 2018-ci il fevralın 14-16-da “Sabahın alimləri” VII respublika müsabiqəsi təşkil ediləcək.
Bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrinin müsabiqədə iştirak edəcək şagirdlərinin mövzuları oktyabrın 1-dən etibarən www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.
Məktəblilər tərəfindən təsdiqlənmiş mövzular üzrə aparılan tədqiqatların dekabrın 1-dək başa çatdırılması və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur.
Müsabiqənin təlim akademiyasına qatılmaq istəyən müəllimlər isə 2018-ci il yanvarın 15-dək online qeydiyyatdan keçməlidirlər.
Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə qatılacaq namizədləri müəyyənləşdirməkdir.
“Sabahın alimləri” müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter kateqoriyaları üzrə təşkil olunur.
Qeyd edək ki, “Sabahın alimləri” respublika müsabiqəsi 2012-ci ildən keçirilir.
BŞTİ-nin Mətbuat xidməti