Azərbaycan məktəbliləri virtual keçirilən beynəlxalq olimpiadada iştirak edirlər

Azərbaycan məktəbliləri virtual keçirilən beynəlxalq olimpiadada iştirak edirlər Niderlandda keçirilməsi planlaşdırılan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) COVID-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.
Builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib.
Olimpiada aprelin 21-dək davam edəcək.
Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir ki, bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib.

Tehsil-press.az

Oxşar xəbərlər