Şagirdlərin nəzərinə: mayın 1-də keçiriləcək imtahanda maskadan istifadə tövsiyə olunur

Şagirdlərin nəzərinə: mayın 1-də keçiriləcək imtahanda maskadan istifadə tövsiyə olunur Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 30-da keçiriləcək imtahanda 24 min 864, mayın 1-də keçiriləcək imtahanda isə 19 min 278 nəfər olmaqla, ümumilikdə 44 min 142 şagirdin iştirakı nəzərdə tutulur.
Aprelin 30-da iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Mayın 1-də keçiriləcək imtahanda isə maskadan istifadə tövsiyə olunur.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Tehsil-press.az


Oxşar xəbərlər