İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 33 nəfər qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 33 nəfər qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydıyyat aparılır.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Bu gün saat 15:35-ə olan məlumata görə, imtahan vermək üçün 33 (AB – 5, AC - 28) nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər