İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 12 nəfər müraciət edib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 12 nəfər müraciət edib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Bu gün saat 12:50-yə olan məlumata görə, imtahan vermək üçün 12 (AC - 12) nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər