İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 36 namizəd qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 36 namizəd qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə martın 13-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 11-i saat 11:00-dək aparılacaq. Bu gün saat 18:05-dək olan məlumata görə, 36 (AB - 12, AC – 24) namizəd qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər