Dövlət qulluğunun A (inzibati rəhbər vəzifələr) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 24-də yekunlaşacaq.
DİM-in bu gün saat 16:05-ə olan məlumatına görə, inzibati rəhbər vəzifələr üzrə yanvarın 25-də keçiriləcək test imtahanında iştirak etmək üçün 56 nəfər (AA - 2, AB - 16, AC - 38) qeydiyyatdan keçib.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.
Tehsil-press.az