Ukraynada yanacaq daşıyan maşın avtobusla toqquşub, 27 nəfər ölüb

Ukraynada yanacaq daşıyan maşın avtobusla toqquşub, 27 nəfər ölüb Roven vilayətində avtobus və yanacaq daşıyan maşın toqquşub. Ağır yol qəzası nəticəsində 27 nəfər ölüb, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə saat 19:30 radələrində Kiyev-Çop avtomobil yolunda baş verib. İlkin məlumata görə, yanacaq daşıyan yük maşını beynəlxalq daşımaları həyata keçirən avtobusla toqquşub. Toqquşmadan sonra yanğın baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər