Gələn həftə öz kabinetini varisi Katalin Novaka təhvil verəcək Macarıstan Prezidenti Yanoş Ader bu gün yeni parlamentin ilk iclasını çağırıb.
Bunu Macarıstan Prezidentinin dəftərxanası bildirib. Ölkənin Əsas Qanununa görə, Prezident ümumi seçkilərdən sonra 30 gün ərzində birinci parlament iclasını çağırmalıdır. Macarıstanda son ümumi seçkilər düz bir ay bundan əvvəl keçirilib. AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, həmin ümumi seçkilərdə Fides - Xristian Demokrat Xalq Partiyası alyansı Macarıstan parlamentində 199 mümkün mandatdan 135-ini qazanaraq parlamentdə yerlərin əksəriyyətinə sahib olub.
Tehsil-press.az