2018-2019-cu tədris ili üçün Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil almaq məqsədilə sənəd qəbulu elan edilir.
Təqaüd proqramı bu qurum və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.
Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə isə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.
Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən ödənilir.
Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfə təqdim edilir.
Proqramda Macarıstan tərəfdən hər il 200 Azərbaycan vətəndaşı üçün müvafiq çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla http://edu.gov.az/upload/file/ELAN/2018/01/ macaristanda-tehsil.pdf linki vasitəsilə tanış olmaq mümkündür.
Təhsil-press.az