Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri mayın 4-dən 10-dək (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
Tehsil-press.az