DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Şabranda vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Şabranda vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul günü iyulun 23-nə dəyişdirilib və görüş saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 60a) keçiriləcək.
Qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 023 325 01 21) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran rayon təhsil şöbəsinə də müraciət edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər