Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin növbəti məşğələsi mayın 7-də (saat 12:00) “Zoom” platforması üzərindən keçiriləcək.
Məşğələdə mürəkkəb cümlə, onun tabeli və tabesiz növləri, onlarda durğu işarələrinin işlənməsi haqqında mühazirələr dinləniləcək.
Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected] ünvanına göndərilir.

Tehsil-press.az


Oxşar xəbərlər