M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin növbəti məşğələsi fevralın 12-də (saat 12:00) “Zoom” platforması üzərindən keçiriləcək.
Məşğələdə müxtəlif nitq hissələrində “n” samitinin hansı hallarda tək və qoşa yazılmasına dair mühazirə oxunacaq.
Xatırladaq ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün MDU-nun Bakı filialının saytında göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected] ünvanına göndərilir.
Tehsil-press.az