Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi

Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin məşğələləri oktyabrın 9-da başlanacaq və hər şənbə günü (saat 12:00) “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək. Növbəti məşğələlərin mövzuları haqqında informasiya filialın saytına əlavə olaraq yerləşdiriləcək.
Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün ali təhsil müəssisəsinin saytında göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.
Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.
Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar [email protected] ünvanına göndərilir.

Tehsil-press.az

Oxşar xəbərlər